...

AHİK sədri türkiyəli həmkarlarına başsağlığı verib

Cəmiyyət Materials 18 Fevral 2016 15:18 (UTC +04:00)
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev Türkiyə Həmkarlar İttifaqları Mərkəzlərinin rəhbərlərinə Ankara şəhərində törədilmiş terror aktı ilə əlaqədar başsağlığı teleqramları göndərib.
AHİK sədri türkiyəli həmkarlarına başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev Türkiyə Həmkarlar İttifaqları Mərkəzlərinin rəhbərlərinə Ankara şəhərində törədilmiş terror aktı ilə əlaqədar başsağlığı teleqramları göndərib.

AHİK-dən Trend-ə verilən məlumata görə, teleqramlarda deyilir: "Əziz qardaşlarımız, Ankara şəhərində törədilmiş terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.

Bütün bəşəriyyət üçün dəhşətli bəlaya çevrilmiş terrorizmi qətiyyətlə pisləyir, ona qarşı mübarizədə hər zaman sizi dəstəkləyirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti