...

Bu il Azərbaycanda 71 nəfər qidadan zəhərlənib

Cəmiyyət Materials 23 Fevral 2016 13:04 (UTC +04:00)
Bu ilin yanvar ayı ərzində Azərbaycanda əhali arasında 56 qida zəhərlənməsi hadisəsi qeydə alınıb.
Bu il Azərbaycanda 71 nəfər qidadan zəhərlənib

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu ilin yanvar ayı ərzində Azərbaycanda əhali arasında 56 qida zəhərlənməsi hadisəsi qeydə alınıb.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, qida zəhərlənmələri nəticəsində 71 nəfər zərərçəkən qeydə alınıb.

Ötən müddət ərzində ölkə üzrə qeydə alınan 5 botulizm hadisəsi nəticəsində 7 nəfər botulizmlə xəstələnib.

Bu il Azərbaycanda - Şabran rayonunda 1 nəfər ev şəraitindən hazırlanan qida qəbulu nəticəsində baş verən qida zəhərlənməsindən dünyasını dəyişib.

Xatırladaq ki, ötən il ərzində Azərbaycan ərazisində 659 qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Qida zəhərlənmələri nəticəsində 912 nəfər zərərçəkən qeydə alınıb. Ötən il botulizm nəticəsində 3 nəfər dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti