...

Millət vəkili: Universitetlər, tibb müəssisələri də özəlləşdirməyə çıxarılmalıdır

Cəmiyyət Materials 23 Fevral 2016 14:06 (UTC +04:00)
Lənkəranda hava limanı tikiləndə dedim ki, onun yerinə orada velosiped zavodu tikilsin, hər il Azərbaycana 100 minə qədər velosiped gətirilir.
Millət vəkili: Universitetlər, tibb müəssisələri də özəlləşdirməyə çıxarılmalıdır

Bakı. Elçin Mehdiyev - Trend:

Lənkəranda hava limanı tikiləndə dedim ki, onun yerinə orada velosiped zavodu tikilsin, hər il Azərbaycana 100 minə qədər velosiped gətirilir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zaman deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, budcədə özəlləşdirmədən gələcək gəlir 100 milyon manat məbləğində müəyyən olunub: "Bu məbləğ çox azdır, özəlləşdirməyə daha böyük diqqət ayırmaq lazımdır. Regionlarda tikilmiş hava limanları da özəlləşdirilməlidir. Universitetlər, tibb müəssisələri də özəlləşdirməyə çıxarılmalıdır".

Q.Həsənquliyev həmçinin futbol klublarına diqqətin artırılmasını təklif edib.

O bildirib ki, futbol klubları maliyyə çatışmazlığı səbəbindən bağlanır: "Biz buna imkan verməməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti