...

Moskvada Azərbaycanın turizm nümayəndəliyi açılıb

Cəmiyyət Materials 25 Fevral 2016 10:12
Moskvada Azərbaycanın turizm nümayəndəliyi açılıb.
Moskvada Azərbaycanın turizm nümayəndəliyi açılıb

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Moskvada Azərbaycanın turizm nümayəndəliyi açılıb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, ölkəmizin Rusiyada ilk turizm nümayəndəliyi olan "Tour a Vent" şirkətinin təqdimatı keçirilib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycanın geniş turizm imkanlarından söhbət açaraq turizm operatorlarını respublikamıza qastronomik turlar təşkil etməyə çağırıb.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov yeni turizm agentliyinin açılmasının iki ölkənin turizm sənayesi arasında əməkdaşlıqda dönüş nöqtəsi olacağını qeyd edib. Rusiyanın Azərbaycanın turizm potensialının inkişafında mühüm rol oynadığını deyən nazirliyin rəsmisi ölkəmizə gələn turistlərin 39 faizdən çoxunu rusiyalıların təşkil etdiyini diqqətə çatdırıb. Moskvada yeni açılan "Tour A Vent" agentliyinin bu əlaqələrin daha genişlənməsinə xidmət edəcəyini söylədi. V.Şixəmmədov bildirdi ki, agentliyin funksiyası Azərbaycanın turizm imkanlarını Rusiya bazarında təbliğ və təmsil etməkdir.

Təqdimat mərasimində Azərbaycan Turizm Assosiasiyası, "Azərbaycan Hava Yolları" QSC ilə Rusiya "Turizm Agentlikləri Alyansı" Assosiasiyası, Rusiya Turizm Operatorları Assosiasiyası, eləcə də Ulyanovsk Turizm Sənayesi Assosiasiyası arasında əməkdaşlığa dair memorandumlar imzalanıb və ikitərəfli görüşlər keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycanın turizm imkanlarının Rusiyada tanıdılması, təbliğat və təşviqat kampaniyasının aparılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi ilə Moskva şəhərində fəaliyyət göstərən "Tur A Vent" şirkəti arasında müqavilə imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti