...

Həftənin ilk iş gününə hava proqnozu

Cəmiyyət Materials 28 Fevral 2016 14:14 (UTC +04:00)
Fevralın 29-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Həftənin ilk iş gününə hava proqnozu

Bakı. Trend:

Fevralın 29-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabaha zəif duman, gündüz dəyişkən buludlu olacağı ehtimal edilir, əsasən yağmursuz keçəcək, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacağı təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 29-da yağış yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 0-5° isti, gündüz 11-16° isti olacaq. Dağlarda gecə 1-6° şaxta, gündüz 4-9° isti gözlənilir.

Xəbər lenti

Xəbər lenti