...

Prokuror iki qardaşı öldürənə ömürlük cəza istədi

Cəmiyyət Materials 2 Mart 2016 11:51 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Zaur Tərlanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Prokuror iki qardaşı öldürənə ömürlük cəza istədi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Zaur Tərlanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Z.Tərlanovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib. Məhkəmə prosesi martın 14-də davam edəcək.

Qeyd edək ki, hadisə 2014-cü il yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib. Orda yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus "Vinçester" markalı odlu silahdan Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış "Lexus" markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri Cavid Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq onları qəsdən öldürüb hadisə yerindən qaçıb.

Daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmalar zamanı hadisənin qız üstündə baş verdiyi bildirib. Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov tutularaq istintaqa cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti