...

F1 pilotu Fernando Alonso Bakıda olarkən azarkeşləri ilə onlayn söhbət edəcək

Cəmiyyət Materials 4 Mart 2016 22:52 (UTC +04:00)
Bu günlərdə 2016-cı il Formula 1 Avropa Qran Prisinin rəsmi elçisi elan olunmuş Fernando Alonso Bakıya ilk səfəri çərçivəsində dünya üzrə çoxsaylı azarkeşləri ilə onlayn təmas quracaq.
F1 pilotu Fernando Alonso Bakıda olarkən azarkeşləri ilə onlayn söhbət edəcək

Bakı. Trend:

Bu günlərdə 2016-cı il Formula 1 Avropa Qran Prisinin rəsmi elçisi elan olunmuş Fernando Alonso Bakıya ilk səfəri çərçivəsində dünya üzrə çoxsaylı azarkeşləri ilə onlayn təmas quracaq.

Canlı olaraq yayımlanacaq və Bakı vaxtıyla 9 mart, çərşənbə günü, saat 14:30-da başlayacaq onlayn sual-cavab sessiyası Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəsmi saytında baş tutacaq: https://www.bakucitycircuit.com/az/canli

Əməliyyat şirkəti Fernando Alonsonun dünyanın bütün guşələrindən olan azarkeşlərinə müraciət edərək bildirir ki, McLaren-Honda pilotuna olan suallarını #AskAlonso həştəqindən istifadə etməklə BŞH-nin Facebook, Twitter və ya Instagram səhifələrinə öncədən göndərsinlər. Ən maraqlı suallar seçilərək ispaniyalı pilota ünvanlanacaq.

Bu təşəbbüslə bağlı Fernando Alonso qeyd edib: "Mən bütünazarkeşlərimlə onlayn ünsiyyət qurmağı və onların suallarını Bakıda canlı olaraq cavablandırmağı səbirsizliklə gözləyirəm. Bu, illər boyu mənə pərəstiş edən insanlarla birbaşa ünsiyyət qurmaq və F1 yarış mövsümü öncəsi əlavə müsbət enerji almaq üçün böyük fürsətdir. Odur ki, mənə olan suallarınızı göndərin və növbəti həftə mən Bakıda olarkən suallarınızı cavablandırmaq üçün sizinlə ünsiyyət qurmağa hazır olacağam".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti