...

Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

Cəmiyyət Materials 14 Mart 2016 13:06 (UTC +04:00)
Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin Ankara şəhərində törədilmiş terror aktı nəticəsində həlak olan və xəsarət alanlarla bağlı Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaza və Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Hulusi Akara başsağlığı ünvanlayıb.
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

Bakı. Trend:

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin Ankara şəhərində törədilmiş terror aktı nəticəsində həlak olan və xəsarət alanlarla bağlı Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaza və Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Hulusi Akara başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, başsağlığında bildirilir: "Qardaş Türkiyə Respublikasının Ankara şəhərində baş vermiş xain terror aktı nəticəsində çoxlu sayda insanın həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi. Biz bu dəhşətli hadisədən çox hiddətlənir, terrorizmi qətiyyətlə pisləyirik. Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və var gücümüzlə dəstəkləyirik. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.
Allah rəhmət eləsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti