...

ƏƏSMN 450-dən artıq şəxsi peşə hazırlığı kurslarına cəlb edib

Cəmiyyət Materials 14 Mart 2016 14:34 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 450 nəfərdən çox şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.
ƏƏSMN 450-dən artıq şəxsi peşə hazırlığı kurslarına cəlb edib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 450 nəfərdən çox şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işsiz və işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunması tədbirlərini davam etdirir.

Cari ilin yanvar-fevral aylarında Xidmət tərəfindən respublikanın rayon və şəhərlərində dərzi, kompyuter istifadəçisi, kompyuterçi-dizayner, elektrik montyoru, qazanxana maşinisti, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, vizajist, bərbər və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub.

Peşə və ixtisası olmadığına görə münasib iş yeri seçməkdə çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini dəyişməsi zəruri olan 451 nəfər həmin kurslara cəlb edilib. Onlardan 70,2 faizi gənclərdən ibarət olub.

Peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların kursları bitirdikdən sonra yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təminatı istiqamətində də tədbirlər həyata keçiriləcək.

Bundan başqa, yanvar-fevral aylarında əsasən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət olan 25145 nəfər gəncə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətləri verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti