...

Qaraçuxur qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq

Cəmiyyət Materials 17 Mart 2016 10:16 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhəri Suraxanı rayonu ərazisində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Qaraçuxur qəsəbəsinə içməli suyun verilməsi dayandırılıb.

Bu barədə Trend-ə "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bununla əlaqədar, 17 mart 2016-cı il tarixdə gün ərzində Qaraçuxur qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar, "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti