...

AMEA-nın Alimlər Evi açılıb

Cəmiyyət Materials 17 Mart 2016 15:49 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Alimlər Evi açılıb.
AMEA-nın Alimlər Evi açılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Alimlər Evi açılıb.

Trend-in məlumatına görə, AMEA prezidenti, akademik Akif Əlizadə Alimlər Evinin açılış mərasimində çıxışında bildirib ki, Akademiyanın həm çox yaşlı nəsli, həm də indiki nəsli həmişə iki məsələ qaldırırdı. Onlardan biri Alimlər Evinin, digəri isə AMEA-nın poliklinikasının yaradılması idi.

Bu iki məsələnin həmişə Akademiyanın nəzərində olduğunu deyən A.Əlizadənin sözlərinə görə, Alimlər Evinin yaradılmasının əsas məqsədi alimlər arasında yaxşı, mehriban yoldaşlıq münasibətləri yaratmaq, alimlərin bir-biri ilə müzakirələr aparması, elmi işlər barədə söhbət etməsinə şərait yaratmaqdır: "Bu ev alimlərin yığıncaq evinə çevriləcək və burada tam azad şəraitdə elmi, mədəni mühit yaranacaq".

A.Əlizadə bildirib ki, Mərkəzi Elmi Kitabxanada AMEA Rəyasət Heyətinin nəzdində təsis edilmiş Alimlər Evi Akademiyanın elmi innovasiya nailiyyətlərinin və müasir dövrdə multikulturalizm ənənələrinin cəmiyyətdə təbliği, AMEA-nın elmi əməkdaşlarının yaradıcılıq fəallığının artırılması və mədəni-mənəvi inkişafının qorunması istiqamətində fəaliyyətin həyata keçirilməsi məqsədilə AMEA Rəyasət Heyətinin 10 fevral 2016-cı il tarixli qərarı ilə yaradılıb.

O, qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Alimlər Evi üçün bu yaxınlarda yeni xüsusi binanın ayrılacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti