...

Bakı Ali Neft Məktəbi Novruz bayramını qeyd edib

Cəmiyyət Materials 18 Mart 2016 12:09 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin (BANM) rəhbər, professor-müəllim və tələbə heyətinin iştirakı ilə Novruz bayramına həsr olunmuş şənlik keçirilib.
Bakı Ali Neft Məktəbi Novruz bayramını qeyd edib

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) rəhbər, professor-müəllim və tələbə heyətinin iştirakı ilə Novruz bayramına həsr olunmuş şənlik keçirilib.

BANM-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilənçməlumata görə, təntənəli tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edərək, bayramın tarixi kökləri, dəyərləri və xalqımızın adət-ənənələri haqqında danışıb.

Novruzun birlik, qardaşlıq bayramı olduğunu deyən rektor onu sülh, barışıq, təbiətin oyanışı kimi xarakterizə edib. O, hər kəsə xoş əhval-ruhiyyə və bayram ovqatı arzulayıb.

Tədbir musiqili şou proqramı ilə davam edib. Proqram çərçivəsində BANM-in tələbələri müxtəlif mahnılar ifa edib, hazırladıqları rəqslərlə çıxış edib və Novruz rəmzlərini əks etdirən nümunələr nümayiş ediblər.

Novruz şənliyi böyük ruh yüksəkliyi və sevinclə qarşılanaraq, hər kəsə bayram əhval-ruhiyyəsi bəxş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti