...

AZAL Novruz bayramı münasibətilə təbrik videoçarxı hazırlayıb

Cəmiyyət Materials 18 Mart 2016 12:19 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" (AZAL) rəsmi Youtube kanalında ən mühüm bayram olan Novruz bayramına həsr olunmuş təbrik videoçarxı yerləşdirib.
AZAL Novruz bayramı münasibətilə təbrik videoçarxı hazırlayıb

Bakı. Trend:

"Azərbaycan Hava Yolları" (AZAL) rəsmi Youtube kanalında ən mühüm bayram olan Novruz bayramına həsr olunmuş təbrik videoçarxı yerləşdirib.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, videoçarxda reysdən Bakıya yenicə çatan və bahar bayramını öz ailəsinin əhatəsində qeyd etmək üçün Naxçıvandakı evinə tələsən mülki aviasiyanın pilotu Həmzə Abbasovdan danışılır.

"Azərbaycan Hava Yolları pilotun və ailəsinin simasında bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, hər bir ailəyə cansağlığı, səadət və bahar əhval-ruhiyyəsi arzulayır!" - təbrikdə deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti