...

Məktəblilər əsgər və zabitlərlə görüşüblər (FOTO)

Cəmiyyət Materials 19 Mart 2016 13:10 (UTC +04:00)
Məktəblilər Müdafiə Nazirliyinin hərbi hissələrində xidmət edən əsgər və zabitlərlə görüşüblər.
Məktəblilər əsgər və zabitlərlə görüşüblər (FOTO)

Bakı. Trend:

Novruz bayramı ərəfəsində respublikanın müxtəlif məktəblərinin şagirdləri Müdafiə Nazirliyinin bir sıra hərbi hissələrində xidmət edən əsgər və zabitlərlə görüşüblər.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hərbi hissələrdə əsgərlərimizin məişət şəraiti ilə tanış olan məktəblilərə şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə ətraflı məlumat verilib.

Bayram sevinclərini hərbi hissələrdə xidmət edən əsgər və zabitlərlə bölüşən məktəblilər onlara təbrik və xoş arzularını çatdırıb, Novruz sovqatlı xonçalarını təqdim ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti