Bakı. Ənvər Məmmədov - Trend:
Rusiyadan Azərbaycana turist axınının artması təkcə gərginləşən Rusiya-Türkiyə münasibətləri, eləcə də Türkiyə, Misir və Avropada qeyri-sabit vəziyyətlə əlaqədar deyil. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov deyib.
O bildirib: "Son vaxtlar Rusiya bazarında fəallaşmışıq, bu yaxınlarda Rusiyada Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin rəsmi nümayəndəliyi açılıb və rusiyalı jurnalistlər bizə infotura gəldilər. Bütün bunlar Rusiyadan Azərbaycana turist axınının artmasına müsbət təsir edib".
N.Bağırovun sözlərinə görə, manatın xarici valyutalara qarşı məzənnəsinin azalması da Azərbaycanın turizm istiqaməti qismində cəlbediciliyini artırıb: "Azərbaycanın restoran və hotellərində qiymətlər xarici valyutaya çevirəndə turistlər üçün daha məqbul olub. Əgər əvvəllər hotellərdə qiymətlər uduz sayından asılı olaraq 60-300 dollar arasında dəyişirdisə, hazırda qiymət diapazonu 30-150 dollar arasında dəyişir".
O, diqqətə çatdırıb ki, son vaxtlar MDB-nin digər ölkələrinin, Asiya dövlətlərinin də Azərbaycana marağı artır.