...

Polşada Azərbaycan mətbəxinə dair üç kitab nəşr olunub (FOTO)

Cəmiyyət Materials 28 Mart 2016 19:49 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın Polşadakı səfirliyi tərəfindən "Azərbaycan mətbəxi" seriyasında polyak dilində "Azərbaycan dolması", "Azərbaycan lavaşı" və "Aş, xaş, lavaş" kitabları Varşava Kənd Təsərrüfatı Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində nəşr etdirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, nəşr olunmuş kitabların üzərində "Azərbaycan lavaşı" - vaxtilə Ağdamda fəaliyyət göstərmiş Çörək Muzeyi, "Azərbaycan dolması" - Naxçıvan şəhərində yerləşən Möminə Xatun türbəsi, "Aş, xaş, lavaş" - Şəki şəhəri haqqında məlumat yerləşdirilib.

Kitablar Polşanın Mərkəzi və universitet kitabxanalarına göndərilib.

Qeyd edək ki, Azərbaycan səfirliyi tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan Mədəniyyəti və İncəsənəti, Ədəbiyyatı, Fəlsəfə və Etikası, Musiqisi, Memarlığı, Tarixi, Eposları, Folkloru, Mətbəxi və Azərbaycan-Polşa seriyalarında polyak dilində 38 adda kitab artıq nəşr olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti