...

Ötən il Azərbaycanda "yol kabusu" 71 uşağın həyatına son qoyub

Cəmiyyət Materials 31 Mart 2016 18:32 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

2015-ci ildə Azərbaycanda baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 71 uşaq dünyasını dəyişib. Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Onun sözlərinə görə, həmin uşaqların 24-ü 7 yaşınadək, 46 nəfəri 7-16 yaşlı, bir nəfər isə 17 yaşlı olub: "Bu hallar valideynlə birgə yol hərəkəti qaydalarının pozulması, yaxud uşağın təkbaşına küçəyə buraxılması nəticəsində olub. Burada da söhbət valideyn məsuliyyətsizliyindən gedir".

E.Səfərov bildirib ki, son illər ərzində Azərbaycanda valideyn məsuliyyətinin artırılması üçün qanunvericilikdə bir çox yeniliklər edilib. Bu dəyişikliklər ayrı-ayrı sahələrdə, xüsusilə narkotik vasitələrin, alkoqol içkilərin istifadəsində valideynlərin məsuliyyətinin müəyyən edilməsi və məsuliyyət növünün artırılmasını nəzərdə tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti