...

Mədəniyyət və Turizm Nazirliyi: Azərbaycan bu gün turistlərə təhlükəsiz xidmət göstərmək imkanındadır

Cəmiyyət Materials 6 Aprel 2016 13:45 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

"Bu gün ölkəmizin mədəni dəyərlərini, qonaqpərvərliyini bütün dünyaya çatdırmaq üçün müxtəlif ölkələrdən turistləri Azərbaycana dəvət edirik. Əminliklə deyə bilərik ki, Mədəniyyət və Turizm Nazirliyi, ölkənin müvafiq qurumları bu gün Azərbaycanda turistlərə təhlükəsiz xidmət göstərmək, ölkəmizin turizm potensialını lazımınca təqdim etmək imkanındadır".

Bunu Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov deyib.

M.Qəhrəmanov təmas xəttindəki son vəziyyətin Azərbaycana gələn turistlərin sayına hazırda necə təsir edəcəyini deyə bilməcəyini söyləyib: "Proqnozları, mövcud vəziyyəti araşdırsaq görərik ki, Azərbaycana gələn turistlərin sayı artır. Bu yaxınlarda keçirilən Novruz bayramı günlərində Azərbaycana qonşu ölkələrdən, xüsusilə İrandan gələn gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə dəfələrlə artıb. Bu, Azərbaycana böyük marağın olduğunu göstərir. Bu da bizi çox sevindirir".

M.Qəhrəmanov əlavə edib ki, Azərbaycana Novruz bayramı günlərində gələn qonaqların dəqiq sayını müəyyənləşdirmək üçün Mədəniyyət və Turizm Nazirliyinin müvafiq dövlət qurumlarına ünvanladığı sorğuya hələlik cavab verilməyib: "Ancaq müşahdiələr və hotellərdən alınan məlumatlar onu göstərir ki, ötən illə müqayisədə turistlərin sayı çoxalıb. Novruz bayramı günlərində Azərbaycanın şimal və şimal-qərb bölgəsində yerləşdirmə obyektlərinin 80-90 faiz, cənub və qərb bölgəsi üzrə 50-60 faiz dolub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti