...

Əbülfəs Qarayev: Təmas xəttindəki gərginlik Azərbaycana gələn turistlərin sayına təsir etməyib

Cəmiyyət Materials 7 Aprel 2016 15:37 (UTC +04:00)
Son günlərdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaşanan hadisələr Azərbaycana gələn turistlərin sayına təsir göstərməyib.
Əbülfəs Qarayev: Təmas xəttindəki gərginlik Azərbaycana gələn turistlərin sayına təsir etməyib

Bakı. İlhamə İsabalayeva - Trend:

Son günlərdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaşanan hadisələr Azərbaycana gələn turistlərin sayına təsir göstərməyib. Trend-in məlumatına görə, bunu Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev XV Azərbaycan Beynəlxalq Turizm Sərgisinin açılış mərasimində çıxış edərkən deyib.

Nazir bildirib ki, bu nəticəyə aparılan təhlillərdən sonra gəlinib: "Biz təhlillər apardıq və məlum oldu ki, turizm sahəsi öz işini davamlı, stabil olaraq, uğurla davam etdirir. Azərbaycana gələn turistlərin sayında heç bir dəyişiklik yoxdur. Hesab edirəm ki, Ermənistan tərəfindən bu həyəcanı yaratmaq niyyətləri məhz Azərbaycanın normal iqtisadi fəaliyyətini pozmaq məqsədi güdür. Azərbaycan turizmi bədnam qonşuların bu addımlarına öz davamlı və qətiyyətli cavabını verir".

Ə.Qarayev bu gün Azərbaycanın turistlər üçün təhlükəsiz ölkə olduğunu da bəyan edib: "Azərbaycan turizmi bu gün elan edir ki, ölkəmiz turistlər üçün ən təhlükəsiz, ən qonaqpərvər, iqtisadi baxımıdan rəqabətədavamlı olan turizm ölkəsidir. Heç bir addım Azərbaycanı turizmin inkişafından yayındıra bilməz. Azərbaycan torpaqlarının hər bir guşəsində qonaqlara hörmətlə yanaşılıb və bu hörmət bu gün də davam edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti