...

Daha bir şirkət Bakı avtobuslarında nağdsız ödənişləri işə salır

Cəmiyyət Materials 7 Aprel 2016 16:16 (UTC +04:00)
"Xaliq Faiqoğlu" nəqliyyat şirkəti Bakı avtobuslarında nağdsız ödənişləri işə salır.
Daha bir şirkət Bakı avtobuslarında nağdsız ödənişləri işə salır

Bakı. Hüseyn Vəliyev - Trend:

"Xaliq Faiqoğlu" nəqliyyat şirkəti Bakı avtobuslarında nağdsız ödənişləri işə salır. Bunu Trend-ə şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Füzuli Sadıqov deyib.

Onun sözlərinə görə, hazırda 6 marşrut avtobusunda gediş haqqının nağdsız ödənişi üçün oxuyucu qurğunun quraşdırılması üzrə işlər aparılır: "İşlərin ayın sonunadək başa çatdlrılması planlaşdırır".

F.Sadıqov qeyd edib ki, nağdsız ödənişləri populyarlaşdırmaq üçün müəyyən sayda nəqliyyat kartları pulsuz paylanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti