...

Sankt-Peterburqda Azərbaycana dəstək aksiyası (FOTO)

Cəmiyyət Materials 11 Aprel 2016 15:53 (UTC +04:00)
Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan diasporu tərəfindən Azərbaycana dəstək aksiyası və avtomobil yürüşü təşkil edilib.
Sankt-Peterburqda Azərbaycana dəstək aksiyası (FOTO)

Bakı. Trend:

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan diasporu tərəfindən Azərbaycana dəstək aksiyası və avtomobil yürüşü təşkil edilib.

Əvvəlcə Azərbaycan konsulluğunda təmas xəttində həlak olmuş Azərbaycan şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Qeyd olunub ki, Qarabağ qədim Azərbaycan torpağıdır və ərazilərimizi işğaldan azad etmək üçün hər kəs döyüşə hazırdır.

Sonra tədbir avtomobil yürüşü ilə başa çatıb. Peterburqun Mərkəzi rayonunun küçələrində hərəkət edən avtomobillərdə Azərbaycan bayraqları ucaldılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti