...

Dövlət qulluqçuları ilə bağlı hökumətə yeni təklif

Cəmiyyət Materials 13 Aprel 2016 17:41 (UTC +04:00)
Hesablama Palatası dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində ödənilən müavinətin məzuniyyətə çıxdığı zaman onun orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınan və ya alınmayan ödənişlərə aid edilməsi məsələsinə baxılmasını Nazirlər Kabinetinə təklif edib.
Dövlət qulluqçuları ilə bağlı hökumətə yeni təklif

Bakı. İlhamə İsabalayeva - Trend:

Hesablama Palatası dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində ödənilən müavinətin məzuniyyətə çıxdığı zaman onun orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınan və ya alınmayan ödənişlərə aid edilməsi məsələsinə baxılmasını Nazirlər Kabinetinə təklif edib.

Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının Nazirlər Kabinetinə təqdim etdiyi təkliflərdə bildirilir.

Qeyd olunur ki, 2003-cü il 1 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir. Əmək Məcəlləsinin 141-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsində və ya kollektiv müqavilədə, həmçinin kollektiv müqavilə olmayan müəssisədə, habelə büdcədən maliyyələşdirilən idarələrin, təşkilatların saxlanması xərclərinin smetasında işçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması müəyyən məbləğdə sosial-məişət müavinətinin ödənilməsi, müəssisənin vəsaiti hesabına istirahət-sağlamlıq müəssisələrinə göndərilməsi, eləcə də işçinin ailə-məişət şəraitinin yaxşılaşdırılması üçün digər tədbirlərin görülməsinə maddi yardımın verilməsi nəzərdə tutulmuşdursa, məzuniyyət pulunun ödənilməsi ilə yanaşı müəyyən edilmiş müavinətlər, yardımlar da ödənilir. Həmin maddənin ikinci hissəsinə əsasən isə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi), həmçinin işəgötürən və ya işəgötürənlərin nümayəndəli orqanı işçilərə məzuniyyət vaxtı üçün bu maddənin birinci hissəsində nəzərdə tutulmuş ödənclərin, yardımların verilməsini tənzimləyən qaydalar hazırlayıb qəbul edir.

Nazirlər Kabinetinin təsdiqlədiyi "Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş Siyahısı"nda birdəfəlik xarakteri daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, doğum günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla) məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır. Lakin Azərbaycan Prezidentinin "Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında" fərmanına əsasən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində ödənilən müavinətin NK-nın 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarı ilə təsdiq edilmiş "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı"nda və Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş "Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş Siyahısı"nda orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınan və ya nəzərə alınmayan ödənişlərə aid edilib-edilməməsi konkret müəyyən edilməyib.

Hesablama Palatası tərəfindən aparılan nəzarət tədbirləri göstərir ki, bu səbəbdən maliyyə nəzarətinin obyektləri tərəfindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində ödənilən müavinət məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı bəzi hallarda nəzərə alınır, bəzi hallarda isə nəzərə alınmır. Göstərilənləri nəzərə alaraq, dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində ödənilən müavinətin məzuniyyətə çıxdığı zaman onun orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınan və ya alınmayan ödənişlərə aid edilməsi məsələsinə baxılması məqsədəmüvafiq hesab edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti