...

"Mercedes-Benz Van Vehicle Test-Drive Event" çərçivəsində daşıma avtomobillərinin nümayişi olub (FOTO)

Cəmiyyət Materials 18 Aprel 2016 15:31 (UTC +04:00)
"Mercedes-Benz" avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı - “AvtoKapital Azərbaycan” şirkəti, Azərbaycanda Daimler AG-nin baş nümayəndəliyi Mercedes-Benz AutoStar Kaukasus və UEI Transport rəsmi avtomobil dilerləri ilə birlikdə Mercedes-Benz Van Vehicle Test-Drive Event çərçivəsində daşıma avtomobillərinin nümayişini təşkil etmişlər.
"Mercedes-Benz Van Vehicle Test-Drive Event" çərçivəsində daşıma avtomobillərinin nümayişi olub (FOTO)

Bakı. Trend:

"Mercedes-Benz" avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı - "AvtoKapital Azərbaycan" şirkəti, Azərbaycanda Daimler AG-nin baş nümayəndəliyi Mercedes-Benz AutoStar Kaukasus və UEI Transport rəsmi avtomobil dilerləri ilə birlikdə Mercedes-Benz Van Vehicle Test-Drive Event çərçivəsində daşıma avtomobillərinin nümayişini təşkil etmişlər.

Tədbirin qonaqları - nəqliyyat, turizm, xidmət şirkətlərinin nümayəndələri nəinki yeniliklərlə tanış olmuş, həm də maşınları "BakuBus" şirkətinin tədris mərkəzinin ixtisaslaşdırılmış test treklərində sınaqdan keçirə bilmişlər.

Hər şeydən əvvəl, növbəti nəslin Mercedes-Benz Vito avtomobilini qeyd etmək lazımdır. Onu rəqiblər arasında bu sinifdə ilk dəfə qurulmuş avtomat, 7 pilləli 7G-Tronic sürət qutusu fərqləndirir.
İkinci mühüm fərq - ötürücünün üç: - ön, arxa və tam tipdə olmasıdır. Maşınlar üç cür hazırlanıb: yük üçün Van, yük və sərnişinlər üçün Mixto və sərnişinlər üçün Tourer. Yeni Vito, kuzovunun uzunluğuna görə üç variantda (4,89 m; 5,14 m və 5,37 m) və təkər bazasına görə iki variantda (3,2 və 3,43 m) təqdim edilir. Mercedes-Benz Vito Azərbaycana 163 at gücündə qənaətli turbodizellə və gücü 211 at gücündə benzin mühərriki ilə tədarük olunur.

Mercedes-Benz Van Vehicle Test-Drive-in qonaqlarına həmçinin, lüks avtomobillər -V-Klassdan Viano modelini əvəzləyən minivan və təbii dəri, çoxlu elektronika ilə işlənmiş eksklüziv salonu olan Sprinter mikroavtobusu nümayiş etdirildi. Sprinter furqon isə tədbirdə iştirak edən qonaqların xüsusi diqqətini cəlb etdi.

"Avtokapital-Azərbaycan"
Cəbbar Cəbbarlı 44
Mob.: +99 450 263 47 01
www.mercedes-benz.az

"AutoStar Kaukasus GmbH Azərbaycan"
Babək prospekti, 1145,
Mob.: +99 450 255 18 04
http://www.autostar.az​

"​UEI Transport" MMC
Şamaxı şossesi 19-cu km
Mob.: +99 450 409 72 72​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti