...

Yunan dilində nəşr olunmuş "Heydər Əliyev: Öndər və onun dövrü" kitabının təqdimatı olub (FOTO)

Cəmiyyət Materials 21 Aprel 2016 20:33 (UTC +04:00)
Yunanıstanda ictimaiyyətinin və ölkədəki diplomatik korpusun nümayəndələrinin iştirakı ilə yunan dilində nəşr olunmuş “Heydər Əliyev: Öndər və onun dövrü” kitabının təqdimat mərasimi keçirilib.
Yunan dilində nəşr olunmuş "Heydər Əliyev: Öndər və onun dövrü" kitabının təqdimatı olub (FOTO)

Bakı. Trend:

Yunanıstanda ictimaiyyətinin və ölkədəki diplomatik korpusun nümayəndələrinin iştirakı ilə yunan dilində nəşr olunmuş "Heydər Əliyev: Öndər və onun dövrü" kitabının təqdimat mərasimi keçirilib.

Azərbaycanın Yunanıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin üzvləri Hadi Rəcəbli və Hüseynbala Mirələmov, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyani, Yunanıstanın sabiq xarici işlər naziri Teodoros Panqalos (1996-1998), Yunanıstanın Azərbaycandakı ilk səfiri Karolos Qadis (1993-1994), Harvard və Tessaliya universitetlərinin qonaq professoru Nikos Kiriazis çıxış edərək tədbir iştirakçılarına Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında məlumat veriblər.

Daha sonra ulu öndərin həyatına həsr olunmuş qısametrajlı film nümayiş etdirilib, Afina Konservatoriyasının orkestrinin müşayiəti ilə Azərbaycan Opera və Balet Teatrının ifaçısı Aytac Şıxəlizadə tərəfindən Azərbaycan musiqisi ifa olunub.

"Görkəmli insanların həyatı" silsiləsindən 2006-cı ildə çap olunmuş Dmitri Adrianov və Hüseynbala Mirələmovun "Heydər Əliyev" kitabı Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə Dimitris Patelis və Panayota Materi tərəfindən rus dilindən yunan dilinə tərcümə olunub və "Heydər Əliyev: Öndər və onun dövrü" adı altında "Enalios" nəşriyyat evi tərəfindən çap edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti