Bakı. Trend:
Bakı Dövlət Universitetində (BDU) "Vətən mənə oğul desə..." adlı tədbir keçirilib.
BDU-da Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə "Vətən mənə oğul desə..." adlı ədəbi-bədii tədbir keçirilib.
Bu barədə Trend-ə BDU THİK İctimaiyyətlə əlaqələr departamentindəın məlumat verilib.
BDU THİK İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri və sözügedən tədbirin bədii rəhbəri Rəşid Mustafazadənin verdiyi məlumata görə, tədbirdə THİK sədri Daşqın Qənbərov, tarix üzrə fəlsəfə doktoru Atamoğlan Məmmədli və fəal tələbələr iştirak edib.
Şəhid olmuş əsgərlərimizin yad edilməsi üçün 1 dəqiqəlik sükut elan olunub.
Hər kəsi salamlayan Daşqın Qənbərov rəhbərlik etdiyi təşkilatın gənclərin vətənpərvər ruhda yetişməsi üçün çalışdığını qeyd edib.
Atamoğlan Məmmədli xüsusən indiki dönəmdə gənclərin ayıq və diqqətli olmalarının vacibliyini vurğulayıb.
Tədbir aparıcıları Nəcməddin Sofıyev və Ləman Kamilova son hadisələri xatırladaraq, statistik məlumatları diqqətə çatdırıblar.
Ekologiya v Torpaqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Gülhəsənli Firdovsi erməni roluna girməsi və onların dünyaya yaymaq istədikləri yalanları dilə gətirməsi ilə zaldakıları təəccübləndirib.
Onun timsalında bütün ermənilərin səsləndirdiyi fikirləri təkzib etmək üçün hazırlanmış "Ermənilər haqqında həqiqətlər" adlı videoçarx nümayiş olunub.
Tədbirdə Filologiya fakültəsinin 3-cü kurs tələbəsi Abdullayeva Şahnazın ifasında Qabilin "Ümid sənədir ancaq, Azərbaycan əsgəri!" şeiri səsləndirilib.
Filologiya fakültəsi 4-cü kurs tələbəsi Əlihüseyn Quluzadə "Ey, Vətən!", Ekologiya fakültəsi 1-ci kurs magistrı Günel Əhmədli və İlahiyyat fakültəsinin 4-cü kurs tələbəsi Bağır İsmayılov "Bu dağlardan o yana" adlı mahnılarla tədbirə rəng qatıblar.
Sonda aprel ayının əvvəlində şəhid olmuş Azərbaycan hərbçilərinin adları çəkilib və zalda əyləşən tələbələr onların hələ də aramızda olduqlarını isbat etmək üçün "Burdayam" deyərək ayağa qalxıblar.
Bununla da "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarı öz təsdiqini tapıb.