...

Coğrafiya İnstitutunun meteoroloji stansiyasının fəaliyyəti bərpa edildi (FOTO)

Cəmiyyət Materials 25 Aprel 2016 16:44 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Pirqulu stasionarındakı meteoroloji stansiyanın fəaliyyəti yenidən bərpa edilib.
Coğrafiya İnstitutunun meteoroloji stansiyasının fəaliyyəti bərpa edildi (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Pirqulu stasionarındakı meteoroloji stansiyanın fəaliyyəti yenidən bərpa edilib.

İnstitutdan Trend-ə verilən məlumata görə, əvvəllər fəaliyyət göstərmiş meteoroloji stansiyada havanın temperaturu, nisbi və mütləq rütubəti, düz, səpələnən və əks olunan Günəş radiasiyası, Yer səthinin radiasiya balansı üzərində müşahidələr aparılacaq. Bundan başqa, torpaq səthinin təcili, maksimal və minimal temperaturları, torpağın 5, 10, 15 və 20 sm dərinliklərində temperatur, küləyin istiqaməti və sürəti də ölçüləcək. Təlimata uyğun olaraq, hər 3 saatdan bir, sutkada 8 dəfə olmaqla, meteoroloji müşahidələr aparılacaq.

Meteoroloji stansiya dəniz səviyyəsindən təqribən 1400 m yüksəklikdə yerləşir. Gələcəkdə isə burada avtomatlaşdırılmış meteoroloji stansiyanın qurulması nəzərdə tutulur. Burada meteoroloji müşahidələrin aparılması dağlıq ərazidə yerləşən meşə landşaftının mikroiqliminin öyrənilməsinə, ərazidə iqlim dəyişmələrinin izlənməsinə, landşaftda baş verə biləcək dəyişikliklərin qeydə alınmasına, biomüxtəlifliyin öyrənilməsinə böyük kömək göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti