...

İcra başçısı: Erməni təxribatı nəticəsində Tərtərdə ziyan çəkən 20 evdən 4-ü şəhər mərkəzindədir

Cəmiyyət Materials 26 Aprel 2016 10:57 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Ötən gecə erməni silahlı birləşmələri Tərtər rayonunun təmas xəttindəki kəndləri ilə yanaşı, şəhərin mərkəzini də ağır artilleriyalardan atəşə tutub.

Bu barədə Trend-ə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, ermənilərin təxribatı nəticəsində rayonun 20 fərdi yaşayış evi zərər çəkib: "Həmin evlərdən 16-ı təmas xəttindəki kəndlərdə, 4-ü isə şəhər ərazisindədir. Evlərdən biri tam dağılıb".

M.Məmmədov deyib ki, hazırda rayon ərazisində tam sakitlikdir, düşmən cavab atəşi ilə susdurulub və geri çəkiliblər: "Hazırda rayonda həyat öz axarı ilə davam edir, hamı öz gündəlik işindədir. Şəhərin əsas küçə və prospeklərində abadlıq işləri görülür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti