...

Bakı şəhəri Məktəblilərarası I Məntiq Olimpiadasının ilk mərhələsi keçirilib

Cəmiyyət Materials 3 May 2016 10:57 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “İstək” liseyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Lütfi Zadə adına Bakı Şəhəri Məktəblilərarası I Məntiq Olimpiadası”nın ilk mərhələsi başa çatıb.
Bakı şəhəri Məktəblilərarası I Məntiq Olimpiadasının ilk mərhələsi keçirilib

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və "İstək" liseyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Lütfi Zadə adına Bakı Şəhəri Məktəblilərarası I Məntiq Olimpiadası"nın ilk mərhələsi başa çatıb.

İdarədən Trend-ə verilən məlumata görə, ənənəvi olaraq hər il keçirilməsi nəzərdə tutulan olimpiadada bu il Bakı şəhəri ümumi təhsil müəssisələrinin V-VI sinif şagirdləri iştirak edib.

Olimpiada məktəblilər arasında məntiqə olan marağı artırmaqla, onların məntiqi təfəkkür və düşüncə tərzinin, şəxsi keyfiyyətlərinin formalaşmasına, diqqət, qavrama, hafizə və nitq kimi vacib bacarıqlarının inkişafına müsbət təsir göstərmək məqsədi ilə təşkil olunub.

İki mərhələdən ibarət olmaqla həyata keçirilən olimpiadanın ilk mərhələsinə şagirdlər öz məktəblərində qatılıb. Onlar məntiqi təfəkkürün bədii, mücərrəd və verbal sahələrini əhatə edən sualları cavablandırıb.

İlk mərhələnin nəticələrinə görə yüksək nəticə göstərmiş şagirdlər final mərhələsində iştirak etmək hüququ əldə edəcək. Olimpiada zamanı yüksək nəticə göstərən şagirdlər təşkilatçılar tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti