...

Sabunçuda "Multikulturalizmin Azərbaycan modeli" mövzusunda tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 3 May 2016 14:52 (UTC +04:00)
Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabunçu qəsəbəsindəki 148 saylı tam orta məktəbdə “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib.
Sabunçuda "Multikulturalizmin Azərbaycan modeli" mövzusunda tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabunçu qəsəbəsindəki 148 saylı tam orta məktəbdə "Multikulturalizmin Azərbaycan modeli" mövzusunda tədbir keçirilib.

Komitənin Mətbuat Xidmətindən Trend-ə verilən əmlumata görə, tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Amal Məlikov və Novruz Həsənli, Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Əsədov, məktəbin direktoru Esmira Babayeva, ziyalılar, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Əsədov bu ilin ölkəmizdə "Multikulturalizm İli" elan olunduğunu qeyd edərək mövzu ətrafında çıxış edib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan multikultural dəyərlər və tolerant ənənələrin təbliği siyasətinin cəmiyyətdə güclü dayaqlara malik olduğu bildirilib.

Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Amal Məlikov multikulturalizm anlayışı və bu anlayışın özünəməxsus keyfiyyətləri haqqında söhbət açıb. Azərbaycanın multikulturalizmin praktiki baxımdan yaşandığı ölkə olaraq bütün dünyaya nümunə olduğu dinləyicilərin diqqətinə çatdırılıb.

Sonda çıxış edən məktəbin direktoru Esmira Babayeva tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.

Tədbirin yekununda şagirdlərlə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti