...

Sabah havanın temperaturu 29 dərəcəyə yüksələcək

Cəmiyyət Materials 4 May 2016 12:42 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.
Sabah havanın temperaturu 29 dərəcəyə yüksələcək

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.

Səhər zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-15, gündüz 19-23, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 24-29, dağlarda gecə 4-9, gündüz 10-15 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti