...

Biləcəri lokomotiv deposu ərazisində kompleks mülki müdafiə təlimi keçirilib (FOTO)

Cəmiyyət Materials 13 May 2016 11:45 (UTC +04:00)
Biləcəri dəmir yolu mülki müdafiə qovşağında kompleks mülki müdafiə təlimi keçirilib.
Biləcəri lokomotiv deposu ərazisində kompleks mülki müdafiə təlimi keçirilib (FOTO)

Bakı. Trend:

"Azərbaycan Dəmir Yolları" QSC-nin 2016-cı ilin mülki müdafiə tədbirlər planına müvafiq olaraq, mayın 13-də Biləcəri lokomotiv deposunda QSC rəhbərliyinin nəzarəti ilə təşkil olunan və həyata keçirilən "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsi" mövzusunda növbəti kompleks mülki müdafiə təlimi kecirilib.

QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq Biləcəri dəmir yolu mülki müdafiə qovşağının rəhbər işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, Mülki Müdafiə qüvvələri və şəxsi heyəti, stansiya ərazisində yerləşən digər dəmir yolu müəssisələrinin işçiləri təlimə cəlb olunub. Təlimi Fövqəladə Hallar Nazirliyinin və dəmir yolu idarəsinin əməkdaşları müşahidə edib.

Təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı qovşağın ərazisində yerləşən obyektlərin Mülki Müdafiə planlarının reallığını əks etdirmək, mövcud xəbərdarlıq sxemi əsasında Mülki Müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, obyekt rəhbərinin, Mülki Müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli dərindən təhlil edilməsi idi.

Biləcəri lokomotiv deposu ərazisində keçirilən kompleks təlim həyəcan siqnalının verilməsi ilə başladı. Qovşaq rəhbəri, Biləcəri stansiyasının rəisi Elçin Məmmədov məlumat verdi ki, şərti olaraq səhər saatlarında baş verən zəlzələ nəticəsində iki yük vaqonu relsdən çıxaraq aşıb, xəsarət alanlar var. Dirəklərin yıxılması nəticəsində elektrik naqilindən düşən qığılcımdan yanğın baş verib, deponun xidməti binalarının bəzi sahələrində uçqunlar olub. Uçqunlar altında qalanlar, ölənlər, yanğından zərər çəkənlər və xəsarət alanlar var.

Təlim rəhbəri təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün Mülki Müdafiə qüvvələrinə müvafiq göstərişlər verdi. Növbəti yarana biləcək vəziyyətdə təlim iştirakçılarının vəzifələri dəqiqləşdirildi. Ərazi dərhal çəpərləndi, kəşfiyyat aparıldı, müvəqqəti rabitə bərpa edildi, yanğından mühafizə və xilasetmə manqaları əraziyə daxil oldu, mövcud vasitələrlə yanğın ocaqları söndürüldü, yaralılara ilkin tibbi yardım göstərildi və onlar xərəklə tibb məntəqəsinə aparıldılar.

Bərpa komandası bərpa işlərinə başladı. Təlimdən sonra keçirilən müşavirədə Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyin Mülki Müdafiə üzrə texniki müfəttişi İsa Xudiyev çıxış edərək stansiyada Mülki Müdafiə qüvvələrinin hazırlıq vəziyyətinin qənaətbəxş olduğunu bildirdi və aktiv iştiraka görə hər kəsə minnətdarlıq etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti