...

Radiasiya Problemləri İnstitutu: Beynəlxalq ictimaiyyətə çağırışlar edilməlidir ki, Metsamor fəaliyyətini dayandırsın

Cəmiyyət Materials 13 May 2016 17:57 (UTC +04:00)
“Beynəlxalq ictimaiyyətə çağırışlar edilməlidir ki, Metsamor AES öz fəaliyyətini dayandırsın”.
Radiasiya Problemləri İnstitutu: Beynəlxalq ictimaiyyətə çağırışlar edilməlidir ki, Metsamor fəaliyyətini dayandırsın

Bakı. Trend:

"Beynəlxalq ictimaiyyətə çağırışlar edilməlidir ki, Metsamor AES öz fəaliyyətini dayandırsın".

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutundan Trend-ə verilən məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, seysmik zonada yerləşən AES Türkiyə, İran, Gürcüstan və Azərbaycan üçün böyük təhlükə mənbəyidir.

2 blokdan ibarət olan Metsamor AES-in işlətdiyi illik nüvə yanacağının miqdarı 42 tondur.

"Metsamor"un bloklarından birincisi 1976-cı ildə, ikinci blok 1980-ci ildə istismara verilib. Metsamor AES-in fəaliyyəti 1988-ci ildə Spitak zəlzələsindən sonra dayandırılıb, amma bir bloku 1993-cı ildə yenidən işə salınıb. Bu blokun istismar dövrü 2016-cı ildə bitir: "AES çox ciddi təhlükə mənbəyidir. 2009-cu ildə qərar qəbul edilib ki, yeni AES tikilsin. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Metsamor AES-in istismar müddətinin artırılıb-artırılmaması məsələsinə yenidən baxacaq. Beynəlxalq ictimaiyyətə çağırışlar edilməlidir ki, Metsamor AES öz fəaliyyətini dayandırsın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti