...

Bədii gimnastika üzrə XXIII Azərbaycan çempionatının birinci günü yekunlaşıb (FOTO)

Cəmiyyət Materials 13 May 2016 20:11 (UTC +04:00)
Bu gün bədii gimnastika üzrə XXIII Azərbaycan çempionatının birinci günü yekunlaşıb.
Bədii gimnastika üzrə XXIII Azərbaycan çempionatının birinci günü yekunlaşıb (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün bədii gimnastika üzrə XXIII Azərbaycan çempionatının birinci günü yekunlaşıb.

Trend-in məlumatına görə, bu gün yeniyetmə yaş qrupunda (2001-2003-cü il təvəllüdlü) və böyüklər arasında (2000-ci il təvəllüdlülər və daha böyüklər) yarışlar keçirilib.

Yeniyetmə yaş qrupunda Zöhrə Ağamirova qələbə qazanıb. O, dörd hərəkətin nəticəsində 67,017 bal toplayıb. Gümüş medalı isə İlahə Məmmədova qazanıb (63,850 bal).

Böyüklər arasında Jalə Piriyeva inamlı qələbə qazanıb. O, çoxnövçülükdə 73,517 bal toplayıb. İkinci yeri Marina Durunda (72,900 bal) tutub. Bürünc medalı isə Gülsüm Şəfizadə qazanıb.

23-cü Azərbaycan çempionatında Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, "Ocaq Sport" klubu, "Spartak", "Sərhədçi", o cümlədən Gəncə və Kürdəmiri təmsil edən 21 gimnast həm böyüklər (2000-ci il təvəllüdlülər və daha böyüklər), həm də yeniyetmələr (2001-2003-cü il təvəllüdlülər) proqramı ilə çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti