...

Amerikalı ekspert: "Metsamor" AES-də Çernobıldakı kimi qəza baş verə bilər

Cəmiyyət Materials 17 May 2016 15:52 (UTC +04:00)
"Metsamor" atom elektrik stansiyasında (AES) Çernobıldakı kimi qəza baş verə bilər.
Amerikalı ekspert: "Metsamor" AES-də Çernobıldakı kimi qəza baş verə bilər

Bakı. Yelena Kosolapova - Trend:

"Metsamor" atom elektrik stansiyasında (AES) Çernobıldakı kimi qəza baş verə bilər. Bunu Trend-ə Aydaho Universitetinin/Perspektivli Enerji Araşdırmalar Mərkəzinin mexaniki və nüvə mühəndisliyi üzrə professoru Akira Tokihiro deyib.

Onun sözlərinə görə, Çernobıldakı hadisəyə baxmayaraq, "Metsamor" AES-də qərb tipli müdafiə xarakterli hermo-örtük tikilmədi.

Ekspert qeyd edib ki, dünya ictimaiyyəti "Metsamor" AES-də təhlükəsizliklə bağlı problemlərin həllinə daha çox diqqət ayırmalı və zəruri tədbirlər görməlidir: "Ümid etmək istərdim ki, Beynəlxalq Atom Enerjisi Agentliyi "Metsamor" AES-lə bağlı fəaliyyətlərə çağırış üzrə daha nəzərəçarpan rol oynayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti