...

"Bakı Metropoliteni" paytaxt sakinləri üçün park yaratdı (FOTO)

Cəmiyyət Materials 19 May 2016 11:23 (UTC +04:00)
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Bənövşəyi” xəttin tikintisi zamanı sökülmüş yaşıllığı bərpa edib.
"Bakı Metropoliteni" paytaxt sakinləri üçün park yaratdı (FOTO)

Bakı. Samir Əli-Trend:

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) "Bənövşəyi" xəttin tikintisi zamanı sökülmüş yaşıllığı bərpa edib. Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, həmin ərazidə salınan park Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 64 ünvanında yerləşir: "Parkın ərazisi "Bənövşəyi xətt"in və metronun havalandırma şaxtalarının quraşdırılması ilə əlaqədar sökülmüşdü. Söküntü işləri ərazidə yaşayanların haqlı narazılığına səbəb olmuşdu. Tikinti işləri başa çatdıqdan və xətt istifadəyə verildikdən sonra park yenidən bərpa edilib. Ərazidə yenidən park salınıb, asfalt döşənib və uşaqların əylənməsi, istirahəti üçün müxtəlif atrraksionlar quraşdırılıb".

N.Paşayev qeyd edib ki, park artıq sakinlərin istifadəsinə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti