...

AzTU-nun professoru qızıl medalla təltif olundu (FOTO)

Cəmiyyət Materials 26 May 2016 11:32 (UTC +04:00)
Azərbaycan Texniki Universitetinin (AzTU) “Maşın və mexanizmlər nəzəriyyəsi” kafedrasının müdiri, texnika üzrə elmlər doktoru, professor Rasim Əlizadə qızıl medala layiq görülüb.
AzTU-nun professoru qızıl medalla təltif olundu (FOTO)

Bakı. Trend:

Azərbaycan Texniki Universitetinin (AzTU) "Maşın və mexanizmlər nəzəriyyəsi" kafedrasının müdiri, texnika üzrə elmlər doktoru, professor Rasim Əlizadə qızıl medala layiq görülüb.

Universitetdən Trend-ə verilən məlumata görə, alim "Avropa Nəşr Mətbuat Evi" mükafat komissiyasının qərarı ilə milli-mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyəti və cəmiyyətdəki fəal ziyalı mövqeyi əsas götürülərək təltif olunub. Mükafat komissiyası AzTU-nun professorunu "ƏN YAXŞI VƏTƏNPƏRVƏR TƏDQİQATÇI ALİM" elan edib.

AzTU-nun rektoru, professor Havar Məmmədov Universitetin Elmi şurasının iclasında Rasim Əlizadəni bu uğuruna görə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Rasim Əlizadə maşın, mexanizmlər nəzəriyyəsi, mexanizmlərin kinematik analizi, sintezi, fəza mexanizmlərinin kinematik analizi sahəsində uğurlu tədqiqatlar aparıb.

Alim çoxsaylı elmi kitabların müəllifi olmaqla yanaşı həm də torpağına-vətəninə sonsuz sevgisinə, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında, ölkədə texniki elmlərin inkişafı tarixində göstərdiyi əvəzsiz xidmətləri ilə də seçilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti