...

Sabah ölkə ərazisində yağmurlu hava olacaq

Cəmiyyət Materials 1 İyun 2016 12:50 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.
Sabah ölkə ərazisində yağmurlu hava olacaq

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 21-26, Bakıda gecə 17-19, gündüz 23-25 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 2-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti