...

"ASAN Könüllüləri" Uqandada (FOTO)

Cəmiyyət Materials 6 İyun 2016 19:06 (UTC +04:00)
“Afrikaya bir sovqat Bir tәbәssüm dә sәn oyat” adlı beynәlxalq yardım kampaniyası çərçivəsində Uqandada su quyusunun qazılması üçün hazırlıqlar başlayıb.
"ASAN Könüllüləri" Uqandada (FOTO)

Bakı. Trend:

"Afrikaya bir sovqat Bir tәbәssüm dә sәn oyat" adlı beynәlxalq yardım kampaniyası çərçivəsində Uqandada su quyusunun qazılması üçün hazırlıqlar başlayıb.

Trend-in məlumatına görə, bu səbəblə, "ASAN Könüllüləri" Təşkilatının sədri Bəxtiyar İslamov və idarə heyətinin üzvü İbrahim İbrahimov Uqandanın Jinja, Kamuli, İganga ve bir sıra başqa bölgələrində olublar.

B.İslamov səfərləri ilə bağlı öz təəssüratlarını bölüşüb:

"Hər il Uqandada minlərlə şəxs içdiyi sudan həyatını itirir. Bu insanların çoxunun yaşı 15-dən azdır. Sadəcə, 4 gündür buradayıq, amma bir şey ilk saatlardan bizə tam aydın idi: "Sağlam Yaşamaq" Uqandadakı insanlar üçün ən böyük xoşbəxtlikdir. Şəkildə gördüyünüz uşaqların hamısı qəbul etdikləri sudan yaranan bir çox xəstəliklərin qurbanıdırlar və hər gün bu xəstəliklər onları bizim aramızdan həmişəlik ayırır, yüz minlərlə öz yaşıdları kimi. Amma bir şey tamamilə aydındır: onlar həqiqətən yaşamaq üçün mübarizə aparmağa hazırdırlar. "ASAN Könüllüləri" olaraq bura gəldiyimiz ilk gündən açacağımız yeni su quyusu ilə bizim də məqsədimiz birdir: bu insanların ümidli mübarizəsinə dəstək olmaq. Bu insanlar körpəlikdən mübarizə aparırlar. Elə bu şəkildə olduğu kimi, onlar hər şeyə baxmayaraq həyata gülümsəyirlər, bütün çətinliklərə qarşı, bizimlə birlikdə".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti