...

Turist: "Formula 1" Azərbaycana marağı xeyli artırır"

Cəmiyyət Materials 17 İyun 2016 12:40 (UTC +04:00)
"Formula 1" yarışması Bakıya gələn turistlərin sayını və ümumilikdə Azərbaycana marağı xeyli artırır.
Turist: "Formula 1" Azərbaycana marağı xeyli artırır"

Bakı. Elçin Mehdiyev - Trend:

"Formula 1" yarışması Bakıya gələn turistlərin sayını və ümumilikdə Azərbaycana marağı xeyli artırır.

Bunu Trend-ə Bakıya "Formula 1" yarışmasını izləməyə gəlmiş ingiltərəli turist Adrian Andrey deyib.

O bildirib ki, Bakı çox gözəl şəhərdir: "Formula 1" Azərbaycanı daha da tanıdacaq. İnanıram ki, bu yarışmanı izləmək üçün Bakıya gələn insanlar yenidən Bakıya turist kimi gələcək və başqa insanların da Azərbaycana gəlməsini təşviq edəcək".

A.Andrey Bakıda möhtəşəm şou izləyəcəyinə inandığını bildirib: "İnanırıq ki, Bakı şousu "Formula 1" tarixində xüsusi yadda qalacaq".

"Bakıda "Formula 1" Avropa Qran Prisi yüksək səviyyədə təşkil edilib"

"Bakıda "Formula 1" Avropa Qran Prisi yüksək səviyyədə təşkil edilib"

Qeyd edək ki, bu gün Bakıda “Formula 1” üzrə dünya çempionatının 8-ci – Avropa Qran Pri yarışlarına start verilir.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir “Formula 1” treklərinin memarı olan Herman Tilkedir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti