...

"Bakıda "Formula 1" Avropa Qran Prisi yüksək səviyyədə təşkil edilib"

Cəmiyyət Materials 17 İyun 2016 12:34 (UTC +04:00)
Bakıda "Formula 1" Avropa Qran Prisi yüksək səviyyədə təşkil edilib.
"Bakıda "Formula 1" Avropa Qran Prisi yüksək səviyyədə təşkil edilib"

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda "Formula 1" Avropa Qran Prisi yüksək səviyyədə təşkil edilib.

Bunu Trend Böyük Britaniyadan yarışı izləməyə gəlmiş Kets Events deyib.

O bildirib ki, Bakı çox gözəl şəhərdir: "Hələ şəhəri gəzmək üçün kifayət qədər vaxtımız olmayıb, ancaq ilk baxışdan Bakını çox bəyəndik. Yarışmadan sonra təbii ki, Bakını gəzmək, Azərbaycanın milli mətbəxinin dadına baxmaq istəyirik".

Britaniyalı qonaq hesab edir ki, "Formula 1" yarışması Azərbaycan üçün çox əhəmiyyətlidir: "Bu cür yarışlar ölkələri çox tanıdır, çünki dünyada milyonlarla insan bu yarışmanı izləyir. Bakıda keçirilən yarış iştirakçılarının hər birinə uğurlar arzulayıram".

Qeyd edək ki, bu gün Bakıda “Formula 1” üzrə dünya çempionatının 8-ci – Avropa Qran Pri yarışlarına start verilir.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir “Formula 1” treklərinin memarı olan Herman Tilkedir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti