...

Şotlandiyalı turist: "Formula 1" Azərbaycanın dünyada daha yaxşı tanınmasına şərait yaradacaq"

Cəmiyyət Materials 17 İyun 2016 14:19 (UTC +04:00)
“Bakı gözəl şəhərdir və hesab edirəm ki, "Formula 1" yarışmasının Bakıda keçirilməsi şəhərə daha çox turist cəlb edəcək”.
Şotlandiyalı turist: "Formula 1" Azərbaycanın dünyada daha yaxşı tanınmasına şərait yaradacaq"

Bakı. Elçin Mehdiyev - Trend:

“Bakı gözəl şəhərdir və hesab edirəm ki, "Formula 1" yarışmasının Bakıda keçirilməsi şəhərə daha çox turist cəlb edəcək”.

Bunu Trend-ə Bakıda "Formula 1" yarışmasını izləyən şotlandiyalı Devid Kembl deyib.

Qonaq qeyd edib ki, bu cür beynəlxalq yarışlar ölkələri dünyada daha yaxşı tanıdır: “Bu baxımdan "Formula 1" yarışının Bakıda keçirilməsi Azərbaycanın dünyada daha yaxşı tanınmasına şərait yaradacaq”.

Britaniyalı turist: "Bakı dünyaya möhtəşəm bir şou nümayiş etdirəcək"

Britaniyalı turist: "Bakı dünyaya möhtəşəm bir şou nümayiş etdirəcək"

D.Kembl, həmçinin Bakının təhlükəsiz şəhər olduğunu bildirib.

Qeyd edək ki, bu gün Bakıda “Formula 1” üzrə dünya çempionatının 8-ci – Avropa Qran Prisi yarışlarına start verilib.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir “Formula 1” treklərinin memarı olan Herman Tilkedir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti