...

Britaniyalı turist: "Bakı dünyaya möhtəşəm bir şou nümayiş etdirəcək"

Cəmiyyət Materials 17 İyun 2016 12:26 (UTC +04:00)
"Bakı şəhəri çox gözəl, sakit və təmiz şəhərdir və burada "Formula 1" yarışmasının keçirilməsi şəhərə tam uyğundur".
Britaniyalı turist: "Bakı dünyaya möhtəşəm bir şou nümayiş etdirəcək"

Bakı. Anaxanım Hidayətova - Trend:

"Bakı şəhəri çox gözəl, sakit və təmiz şəhərdir və burada "Formula 1" yarışmasının keçirilməsi şəhərə tam uyğundur".

Bunu Trend-ə Bakıda "Formula 1" yarışmasını izləməyə gəlmiş britaniyalı turist Enson Berri deyib.

O, ümid etdiyini bildirib ki, Bakı dünyaya möhtəşəm bir şou nümayiş etdirəcək: "Əlbəttə, bu, Azərbaycanın dünyada tanınması üçün çox gözəl bir imkandır. Bakıya gəlməkdən çox şadıq".

Bakıda "Formula 1" Avropa Qran-prisinə start verilir (VİDEO)

Bakıda "Formula 1" Avropa Qran-prisinə start verilir (VİDEO)

Qeyd edək ki, bu gün Bakıda "Formula 1" üzrə dünya çempionatının 8-ci - Avropa Qran-pri yarışlarına start verilir.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir "Formula 1" treklərinin memarı olan Herman Tilkedir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti