...

"Çənlibel" IX Yay Liderlik Məktəbinə qeydiyyat başladı

Cəmiyyət Materials 17 İyun 2016 15:27 (UTC +04:00)
Şəmkir rayonunda tam yeni formatda “Çənlibel” IX Yay Liderlik Məktəbi adı altında keçiriləcək.
"Çənlibel" IX Yay Liderlik Məktəbinə qeydiyyat başladı

Bakı. Trend:

Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə ənənəvi “Liderlik məktəbi” layihəsi növbəti dəfə 7-15 iyul tarixlərində Şəmkir rayonunda tam yeni formatda “Çənlibel” IX Yay Liderlik Məktəbi adı altında keçiriləcək.

Düşərgə iştirakçıları açıq havada qurulacaq yaşayış çadırlarında qalacaq və müxtəlif ekstrim aktivitilərdə özlərini sınayacaqlar.

Layihədə iştirak etmək istəyən tələbələr onlayn ərizə-anket formasını dolduraraq layihəyə qoşula bilər. Yay Liderlik Məktəbində bütün ali və orta ixtisas təhsil müəssisələrinin yalnız I və II kurs tələbələri iştirak edə bilər.

Qeyd edək ki, nazirliyin dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə bu günə qədər səkkiz liderlik məktəbi keçirilib. Gənc liderlərin yetişdirilməsinə yönələn bu layihə gənclərə liderlik, komanda işi, hədəfə çatmaq əzmi kimi keyfiyyətləri aşılayacaq. Düşərgənin təbiət qoynunda keçirməkdə məqsəd gənclər arasında ekoloji problemlərə diqqət çəkmək və ətraf mühiti qorumağın zərurətini onların özlərinin hiss etməsini təmin etməkdir.

Qeydiyyat forması

Son müraciət tarixi: 29 iyun 2016-cı il

Məqalədə:
Xəbər lenti

Xəbər lenti