...

Şotland turist Bakıya heyrandır

Cəmiyyət Materials 19 İyun 2016 14:00
"Formula 1" yarışması Bakının bu gözəlliyini dünyaya nümayiş etdirəcək".
Şotland turist Bakıya heyrandır

Trend-i buradan izləyin

Bakı. Anaxanım Hidayətova – Trend:

"Formula 1" yarışması Bakının bu gözəlliyini dünyaya nümayiş etdirəcək".

Bunu Trend-ə Bakıda "Formula 1" yarışmasını izləyən şotlandiyalı qonaq Françeska Pereçini deyib.

O bildirib ki, Bakı bu yarışmanı yüksək səviyyədə təşkil edib:

“Gözəl şəhəriniz var, həm də milli mətbəx nümunələriniz dadlıdır. Xüsusən kababı qeyd etmək istəyirəm".

Qeyd edək ki, Bakıda "Formula 1" Avropa Qran Prisi keçirilir.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanındadır. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti