...

30 min manatlıq oğurluğun aqibəti - 7 il

Cəmiyyət Materials 22 İyun 2016 16:17 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 30 min manatlıq inşaat materialları oğurlamaqda təqsirləndirilən Elşad Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
30 min manatlıq oğurluğun aqibəti - 7 il

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 30 min manatlıq inşaat materialları oğurlamaqda təqsirləndirilən Elşad Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Kərimov 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu il fevralın 10-da Bakı şəhər sakini Rəşad Kərimova məxsus evin zirzəmisindən 30 000 ABŞ dolları dəyərində avadanlıq və inşaat materialları oğurlanıb.

Nərimanov rayon Polis İdarəsi 18-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Kərimova məxsus evin zirzəmisindən oğurluq edən paytaxt sakini E.Kərimov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti