...

Aliment alanların və verənlərin nəzərinə

Cəmiyyət Materials 23 İyun 2016 15:44 (UTC +04:00)
Azərbaycanda uşaqlara aliment kəsilməsi ilə bağlı məhkəmə tərəfindən qəbul edilən qərar dərhal icra edilə bilər.
Aliment alanların və verənlərin nəzərinə

Bakı. Samir Əli - Trend:

Azərbaycanda uşaqlara aliment kəsilməsi ilə bağlı məhkəmə tərəfindən qəbul edilən qərar dərhal icra edilə bilər.

Trend-in məlumatına görə, Ali Məhkəmənin sədri Ramiz Rzayev Milli Məclisin iyunun 24-də keçiriləcək plenar iclasına bununla bağlı Mülki Prosessual Məcəllənin 234-cü (qətnamənin icra edilməsi) maddəsində dəyişiklik edilməsini təklif edib.

Belə ki, Ali Məhkəmənin sədri Mülki Prosessual Məcəllənin 234-cü maddəsinə 234.1-ci və 234.2-ci bəndlərinin əlavə edilməsini təklif edib. Təklifdə qeyd edilir ki, Mülki Prosessual Məcəllənin adıçəkilən maddəsinə əlavə ediləcək 234.1-ci bəndə görə, dərhal icra edilmə halları istisna olmaqla qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Maddənin 234.2-ci bəndində isə göstərilir ki, aliment tutulması haqqında qətnamə dərhal icra edilməlidir.

Xatırladaq ki, hazırda qüvvədə olan Mülki Prosessual Məcəllənin 234-cü maddəsində aliment haqqında qətnamənin dərhal icra edilməsi məsələsi göstərilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti