...

Şəkidə selin törətdiyi fəsadlarla bağlı rəsmi açıqlama

Cəmiyyət Materials 4 İyul 2016 11:19 (UTC +04:00)
İyulun 2-də axşam saat 22 radələrindən başlayaraq Şəkinin dağlıq ərazilərində yağan güclü leysan yağış nəticəsində Şəki şəhərində ziyan görmüş obyektlərin siyahısı açıqlanıb.
Şəkidə selin törətdiyi fəsadlarla bağlı rəsmi açıqlama

Bakı. Samir Əli - Trend:

İyulun 2-də axşam saat 22 radələrindən başlayaraq Şəkinin dağlıq ərazilərində yağan güclü leysan yağış nəticəsində şəhərdə ziyan görmüş obyektlərin siyahısı açıqlanıb.

Şəki şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, hadisə Kiş və Şin çaylarına təqribən 4 metr qalınlıqda lilli selin gəlməsi nəticəsində baş verib.

Nəticədə Kiş kəndinin giriş hissəsindəki uzunluğu 40 metr olan, həmçinin kəndin şimal hissəsində yerləşən istirahət mərkəzlərinə gedən istiqamətdəki körpülər dağılıb, 200 metr uzunluğunda qaz borusu, 4 ədəd elektrik dirəyi, 2000 metrdən artıq içməli su borusu sıradan çıxıb, ətraf ərazini lil qatı basıb, həmin ərazidə yerləşən bəzi sahibkarlıq obyeklərinə ziyan dəyib.

İlkin məlumata görə, bir neçə kənd sakininin həyətyanı və təsərrüfat sahələrini lilli su düşüb. Şəhərin, Oxud və Kiş kəndlərinin əhalisinin içməli su ilə, həmçinin Kiş kəndinin elektrik enerjisi və təbii qazla təchizatında problem yaranıb. Şin çayının yuxarı hissəsində quraşdırılmış qoruyucu su bəndinin bir hissəsi dağılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti