...

Azərbaycanın bütün məscidlərində bayram namazı qılınıb

Cəmiyyət Materials 6 İyul 2016 09:44 (UTC +04:00)
Bu gün Ramazan ayının başa çatması ilə əlaqədar Azərbaycanın bütün məscidlərində bayram namazı qılınıb.
Azərbaycanın bütün məscidlərində bayram namazı qılınıb

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Ramazan ayının başa çatması ilə əlaqədar Azərbaycanın bütün məscidlərində bayram namazı qılınıb.

Trend-in məlumatına görə, saat 09.00-da isə “Təzəpir” məscidində qılınan bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.

Qeyd edək ki, bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti