...

Səhiyyə naziri xəsarət alanlara baş çəkmək üçün Şirvana yola düşüb

Cəmiyyət Materials 26 İyul 2016 18:07 (UTC +04:00)
Şirvanda baş vermiş hadisədə xəsarət alanlara baş çəkmək məqsədilə səhiyyə naziri Oqtay Şirəliyev Şirvana yola düşüb.
Səhiyyə naziri xəsarət alanlara baş çəkmək üçün Şirvana yola düşüb

Bakı. İlhamə İsabalayeva - Trend:

Şirvanda baş vermiş hadisədə xəsarət alanlara baş çəkmək məqsədilə səhiyyə naziri Oqtay Şirəliyev Şirvana yola düşüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində hələlik 20 nəfər xəsarət alıb, ölən yoxdur. Xəsarət alanlardan 2-nə ambulator yardım göstərilib. Hazırda 18 nəfər xəstəxanada müalicə olunur. Onlar travma və yanıq xəsarətləri alıblar. Xəsarətlərin alanların vəziyyətləri ağır, orta ağır, bəzilərinin vəziyyəti isə kafi qiymətləndirilir. Xəsarət alanlardan 1 nəfəri reanimasiya şöbəsindədir.

Yaralılara yüksək səviyyədə tibbi yardım göstərilir. Ərazidə təcili tibbi yardım briqadalarının işləməsində də heç bir problem yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti