...

Nazirin görüş vaxtı dəyişdi

Cəmiyyət Materials 2 Avqust 2016 15:48 (UTC +04:00)
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin Gəncədə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib.
Nazirin görüş vaxtı dəyişdi

Bakı. Trend:

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin Gəncədə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib.

Trend Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, R.Quluzadənin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, avqustun 5-də Gəncə şəhərində Gəncə, Naftalan, Goranboy, Samux, Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilib.

Avqust ayı üzrə keçiriləcək görüşün tarixi barədə əvvəlcədən məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti